Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Bakıda saxlanılıb

Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Bakıda saxlanılıb
11:41 05-12-2018 | icon 77

Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.

milletinsesi.info-ın Report-a istinadən xəbərinə görə, Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.

Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb.