Kamilə Əliyeva: Defektoloqların çoxunun bu peşəyə heç aidiyyəti yoxdur

Kamilə Əliyeva: Defektoloqların çoxunun bu peşəyə heç aidiyyəti yoxdur
11:41 05-12-2018 | icon 62

Millət vəkili defektoloqlarla bağlı məsələdən narazılığını ifadə edib.

milletinsesi.info-ın məlumatına görə, millət vəkili Kamilə Əliyeva Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Ümumi təhsil haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı bildirib ki, ölkədə defektoloq kimi işləyənlərin, fəaliyyət göstərənlərin çoxunun bu sahəyə aidiyyəti yoxdur:

“Onların çoxunun defektoloqluqdan xəbərləri, anlayışları belə yoxdur. Haradasa gedib 5-6 ay kurs keçib, sertifikat alıb gəlirlər və deyirlər ki, biz defektoloquq. Bu, düzgün deyil. Bu məsələdə ciddi nizam-intizam olmalıdır. Bu, elə-belə peşə deyil. Bununla kimsə özfəaliyyət şəklində məşğul ola bilməz. Bununla məhz ixtisaslı şəxslər məşğul olmalıdırlar. Odur ki, müzakirəsini apardığımız qanun layihəsində də bu məsələ çox ciddi şəkildə öz əksini tapmalıdır”.