Sakinlərin həyatı təhlükə altında: eyvanı uçan binadan - REPORTAJ

Sakinlərin həyatı təhlükə altında: eyvanı uçan binadan - REPORTAJ
16:24 04-12-2018 | icon 67

Nərimanov rayonu, Vladimir Mayakovski küçəsi, ev 15 ünvanında yerləşən 1931-ci ildə tikilmiş binanın eyvanı intensiv yağışlar zamanı ağırlığa dözməyərək uçub.

Sakinlər bildirir ki, bina artıq yaşamaq üçün təhlükə mənbəyinə çevrilib. Təmirlə bağlı dəfələrlə müraciət etsələr də, nəticə əldə olunmayıb

Hadisə baş verən yerə gələn Nərimanov rayon təsərrüfat şöbəsinin müdiri Rəşid Ağayev qəzalı vəziyyətə düşən yerlərin təmir olunacağını bildirib, binanın sökülərək yenidən tikilməsinin hələlik nəzərdə tutulmadığını qeyd edib.