Əhəd Abıyev avtomobil qəzasına düşüb?

Əhəd Abıyev avtomobil qəzasına düşüb?
12:37 04-12-2018 | icon 82

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb.

milletinsesi.info Report-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.

Belə ki, içərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu “Toyota” markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn “VAZ-21099” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının müavini Namiq Süleymanov icra başçısı Əhəd Abıyevin avtomobil qəzasına düşməsi barədə yayılan xəbərləri təkzib edib.
N.Süleymanov "Ölkə.Az"a açıqlamasında bildirib ki, bu barədə yayılan xəbərlər doğru deyil: "Əhəd müəllimin qəzaya düşməsi barədə xəbərlər tamamilə yalandır. Axı bu cür xəbərlərin yayılması nəyə lazımdır? Nə qəza? Əhəd Abıyev sonuncu dəfə 1997-ci ildə avtomobil qəzasına düşüb. Əhəd müəllim hazırda işinin başındadır, əhali ilə qəbul keçirir. Görüşdə 100 saylı Şəmkir - Daşkəsən seçki dairəsindən seçilmiş deputat Kamran Bayramov da iştirak edir. Təqribən 1 saat ərzində həmin görüşlə bağlı məlumatı və fotoları da yayacağıq".