Hindistanda meymun körpə uşağı öldürdü

Hindistanda meymun körpə uşağı öldürdü
23:10 15-11-2018 | icon 47

Hindistanda meymun 12 günlük körpəni öldürüb. 

milletinsesi.info xəbər verir ki, hadisə Aqra şəhərində baş verib. 

Meymun qəflətən körpəni anasının əlindən alaraq qaçıb. Heyvan qaçarkən başından dişlədiyi uşağı qonşuluqdakı evin damında qoyub. 

Başından xəsarət alan uşaq xəstəxanada ölüb.