Qızının gözü qarşısında arvadını öldürənə ağır cəza - 17 İL

Qızının gözü qarşısında arvadını öldürənə ağır cəza - 17 İL
16:05 19-10-2018 | icon 58

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Zamin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

milletinsesi.info xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda Z.Rəsulovun vəkili Rafiq Miriyev bildirib ki, Z.Rəsulova qarşı istintaq tərəfindən düzgün ittiham verilməyib:

“Belə ki, Zamin Rəsulovun əməlində xüsusi amansızlıq, əzab, işgəncə predmeti yoxdur”. 

Vəkil deyib ki, Z.Rəsulovda psixi xəstəliyin əlamətləri var və yaddaş pozğunluğu keçirib:

“Hesab edirəm ki, bütün bunları nəzərə alaraq, məhkəmə onun barəsində ədalətli qərar çıxaracaq”. 

Z.Rəsulov son sözünü deyib və hakimlər hökmü elan etmək üçün müşavirəyə gediblər. Müşavirədən sonra hökm oxunub. 

Hökmə əsasən, Z.Rəsulov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, bu il martın 29-da Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Zamin Rəsulov ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı Natəvanı qızının gözü qabağında bıçaqla qətlə yetirib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Z.Rəsulov tutulub.

Etibar Məmmədov