İdman tarixində ən bahalı müqavilə imzalandı

İdman tarixində ən bahalı müqavilə imzalandı
00:45 18-10-2018 | icon 112

Meksikalı boksçu Saul Alvares DAZN striminq xidməti ilə müqavilə bağlayıb. 

milletinsesi.info ESPN-ə istinadən xəbər verir ki, 28 yaşlı idmançının imza atdığı müqavilənin dəyəri 365 milyon dollardır.

Müqavilənin şərtlərinə əsasən, Alvares 2023-cü ilədək 11 döyüşə çıxmalı olacaq. 

Meksikalı boksçunun müqaviləsi idman tarixində ən bahalı kontrakt olub. 

Qeyd edək ki, bu vaxtadək amerikalı beysbolçu Cankarlo Stentonun 2014-cü ildə “Mayami Marlins”lə imzaladığı müqavilə ən bahalı sayılırdı. Bu müqavilə əsasında Stenton 13 il müddətində 325 milyon dollar qazanmalıdır.