Türkiyəni tərk edən səudiyyəli konsul barəsində araşdırmaya başlanıldı

Türkiyəni tərk edən səudiyyəli konsul barəsində araşdırmaya başlanıldı
23:45 17-10-2018 | icon 70

Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulu Məhəmməd İbrahim əl-Uteybi vəzifəsindən azad edilib.

milletinsesi.info “Reuters”ə istinadən xəbər verir ki, onun barəsində araşdırmaya başlanılıb.

Detallar barədə məlumat verilmir.

Diplomatın vəzifəsindən azad edilməsi haqqında qərar müxalif səudiyyəli jurnalistin yoxa çıxması ətrafında yaranmış qalmaqal fonunda qəbul edilib.