Həbibin atası Makqreqorla revanş döyüşün şərtlərini açıqladı

Həbibin atası Makqreqorla revanş döyüşün şərtlərini açıqladı
01:30 17-10-2018 | icon 95

UFC çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov oğlunun irlandiyalı Konor Makqreqorla revanş döyüşünün şərtlərini açıqlayıb.

milletinsesi.info xəbər verir ki, rusiyalı idmançının atası oğluna Konora verilən məbləğdən beş dəfə artıq pul verilməsini istədiyini bildirib.

“Fikrimcə, onlar Həbibə az pul verirlər. Çünki bu vaxtadək onlar Konora üç dəfə çox pul veriblər. İndi isə istəyirik ki, bizə Konora verilən məbləğdən 5 dəfə artıq verilsin”, - deyə o vurğulayıb.

A. Nurməhəmmədov hesab edir ki, Konor üçün yenidən Həbiblə döyüşmək mənasızdır.