ABŞ İranla yeni sazişin şərtlərini açıqladı

ABŞ İranla yeni sazişin şərtlərini açıqladı
19:25 15-10-2018 | icon 50

Vaşinqtonun İranla bağlamaq istədiyi müqavilə bütün narahatlıqları nəzərə almalıdır. 

milletinsesi.info xəbər verir ki, bunu ABŞ-ın İraz üzrə xüsusi nümayəndəsi Brayan Huk deyib: 

“İranla yeni müqavilənin bağlanması müqabilində çox şeylərə hazırıq. Bu müqavilə Vaşinqtonun bütün narahatlıqları, o cümlədən Tehranın raket proqramı ilə bağlı məsələləri nəzərə almalıdır”. 

O qeyd edib ki, İranın raket proqramı təhlükəsi Yəmən, İraq və Suriyada getdikcə daha da artır: 

“Əgər İranın Yaxın Şərqdə təsirinin qarşısının alınması üçün daha çox iş görməsək, regional münaqişə riski ilə üzləşəcəyik”.