Prezident Qubada bina tikintisinə üç milyon manat ayırdı

Prezident Qubada bina tikintisinə üç milyon manat ayırdı
18:10 11-10-2018 | icon 14

Prezidenti İlham Əliyev oktyabrın 11-də “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” sərəncam imzalayıb.

milletinsesi.info xəbər verir ki, Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə qeyd olunan maliyyələşməni təmin etmək tapşırılıb.