Vətəndaşların pullarını mənimsəyən şəxs saxlanıldı

Vətəndaşların pullarını mənimsəyən şəxs saxlanıldı
16:10 11-10-2018 | icon 28

Mingəçevirdə insanların etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onların bank hesablarından pullarını çıxararaq mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb. 

milletinsesi.info xəbər verir ki, Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Z.Mehdiyev bank hesabından 132 manat pulunun çıxarılaraq oğurlandığını bildirib.

Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. 

Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Əzizov olduğu, həmçinin şəhər sakini olan daha bir qadını aldadaraq 200 manatını bank hesabından çıxararaq, mənimsədiyi də müəyyən edilib. 

Mingəçevir ŞPŞ-də araşdıma aparılır.