Bakıda istixanada çətənə kolu yetişdirən şəxs saxlanılıb - FOTO

Bakıda istixanada çətənə kolu yetişdirən şəxs saxlanılıb - FOTO
12:10 11-10-2018 | icon 23

Bakının Sabunçu rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağatahir Zəkiyev saxlanılıb.

Bu barədə milletinsesi.info-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

A.Zəkiyevin Albalılıq yaşayış sahəsindəki evinin həyətinə baxış zamanı 2 kiloqram 150 qram qurudulmuş marixuana və istixanada kultivasiya yolu ilə yetişdirilən 2115 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. 

Əməliyyat tədbirlərinin davamı olaraq A.Zəkiyevin evindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi də aşkarlanıb. 

Saxlanılan şəxs istintaqa verdiyi ifadəsində narkotik tərkibli bitkiləri təxminən bir ay əvvəl əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.