“İrşad Telecom”dan yeni fırıldaq

“İrşad Telecom”dan yeni fırıldaq
20:28 08-10-2018 | icon 71

İrşad Telecom" yeni dələduzluq forması tapıb

Ümumi qiyməti 819 manat olan telefonu18 aya hər ay 45,50 manat ödəməklə, faizsiz, ilkin ödənişsiz, komissiyasız şəkildə əldə etmək haqqında kampaniya elan edilsə də, şirkət sözünü tutmur.

Kampaniya ilə yerindəcə gedib tanış olmaq istəyən müştəriyə isə cavabları "Elə-belə yazmışıq" olub.

Məsələyə aydınlıq gətirmək üçün "İrşad Telecom"la əlaqə saxladıq. Şirkətdən redaksiyamıza verilən açıqlamada bildirdilər ki, limiti aşan müştəridən ilkin ödəniş tələb oluna bilər:

"Məlumat xarakteri üçün şərtlər saytda yerləşdirilib. Qeyd olunub ki, müştərilərə fərdi şəkildə yanaşdığımız üçün ilkin ödənişlə bağlı şərtlər dəyişiləcək. Faiz dərəcələri dəyişmir, lakin ilkin ödəniş individual olaraq müştərilərin şərtlərinə uyğun şəkildə dəyişəcək. Hər müştərinin öz şərtləri var. Bunu veb saytda dəqiqliklə qeyd etmək mümkün deyil. Kampaniyanın aşağısında qeyd olunub ki, şərtlər dəyişə bilər, hər halda ilkin ödəniş tələb oluna bilər. Çünki hər müştərinin öz limiti var. Limiti aşan müştəri məhsul əldə etmək istədikdə, aşılan məbləğ ilkin ödəniş kimi tələb olunacaq".

Qeyd edək ki, Azərbaycan Konstutisiyasının 11 iyun 2018 -ci il tarixindəki qanun dəyişikliyinə əsasən "İrşad Telecom" reklam haqqında qanunun 18.0.6 və 18.0.7 maddələrini pozaraq müştərilərini aldadır. xəbər verir ki, bunu mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, qeyd olunan şəxslər nazirliyin saytında "BİRDƏFƏLİK ÖDƏMƏ" bölməsinə daxil olmaqla hərbi qulluqçunun soyadı, adı və atasının adını daxil edərək, birdəfəlik ödəməni almağa hüququnun olub-olmadığını yoxlaya bilərlər: "Axtarışın nəticəsi olaraq "Hərbi qulluqçunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müəyyən edilən vərəsəsinin birdəfəlik ödəməni almaq hüququ vardır" cümləsi çıxdıqda, həmin vərəsə vəfat etmiş hərbi qulluqçunun sonuncu yaşayış yeri, bu məlun olmadıqda mirasının olduğu yer üzrə notariat kontoruna müraciət edir".

Qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçirililəcək.(Kommersant.az)