Qubada “Kəklikotu” filminin imza günü keçirilib - FOTO/VİDEO

Qubada “Kəklikotu” filminin imza günü keçirilib - FOTO/VİDEO
16:40 08-10-2018 | icon 99

Quba şəhərində “Cinemazadeh” studiyasının istehsalı olan “Kəklikotu” kinokomediyasının təqdimatı olub.

milletinsesi.info xəbər verir ki, “Cinemaplus Quba”da keçirilən gecədə filmin yaradıcı heyəti iştirak edib.

Onlar tədbirin qonaqları ilə şəkil çəkdirərək avtoqraf veriblər. Təqdimatdan öncə filmin baş prodüseri Cəfər Axundzadə filmin ərsəyə gəlmə prosesindən danışaraq, aktyorları tamaşaçıya təqdim edib. 

Süjet xəttinə görə, meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlu başqasına çatacaq bir kisə kəklikotunu yolda satır. Sonradan məlum olur ki, kisədəki kəklikotu yox, qurudulmuş marixuana olub. Məhz bu macəra, eləcə də, peşəkar heyət filmin böyük tamaşaçı auditoriyası qazanmasına səbəb olub.

Ekran əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Filmdə Müşfiq Şahverdiyev, Nigar Camal, İslam Mehrəliyev, Əlixan Rəcəbov, Aqil M.Quliyev, Məcid Hüseynov, Fərda Amin, Elcan Rəsulov kimi 20-dən çox tanınmış aktyor, müğənni və rejissor çəkilib.

Filmin baş prodüseri Cəfər Axundzadə, quruluşçu rejissorları Cəfər Axundzadə və Vüqar İslamzadə, ssenari müəllifləri Vüqar Hüseynov Talıb Əhmədov, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Rüstəm Zeynalov, musiqi direktoru Aynur Axundzadə, icraçı prodüserləri Tural Əsədov Xətai Əlidir.

Pərviz Hüseyn