Bakıda tikinti sahəsində ən çox qanun pozuntusuna yol verən rayonların adları açıqlanıb

Bakıda tikinti sahəsində ən çox qanun pozuntusuna yol verən rayonların adları açıqlanıb
15:12 10-08-2018 | icon 187

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında memorandum imzalanıb

 

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

“Millətinsəsi.info”nun xəbərinə görə, imzalanma mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev deyib ki, son illər ərzində ölkənin bütün regionlarında, xüsusilə Bakıda həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, tikinti və quruculuq işləri nəticəsində ölkə şəhərləri günü-gündən abadlaşır.