“Fitch” Türkiyə Mərkəzi Bankına müraciət etdi

“Fitch” Türkiyə Mərkəzi Bankına müraciət etdi
11:35 10-08-2018 | icon 23

Kredit reytinq agentliyi “Fitch” lirənin sürətlə ucuzlaşmasının qarşısının alınmasının vacibliyini açıqlayıb.

milletinsesi.info xəbər verir ki, agentlik lirəyə qarşı təzyiqləri azaltmaq üçün Türkiyə Mərkəzi Bankını addımlar atmağa, o cümlədən ABŞ-la münasibətləri düzəltməyə çağırıb:

“Prosesin haralara gedib çıxacağını izləyirik. Agentliyin növbəti kredit reytinqi qiymətləndirməsi  dekabrda olacaq. Həmin vaxta qədər çox şey dəyişəcək.

Xatırladaq ki, “Fitch” ötən ay Türkiyənin kredit reytinqini “BB+”dan “BB” səviyyəsinə endirib.

L.Ə.