Bakıda 21 günün gəlini yoxa çıxdı

Bakıda 21 günün gəlini yoxa çıxdı
13:41 10-08-2018 | icon 43

 

21 günün gəlini olan 18 yaşlı Lökbatan sakini Səma Qafarova yaşadığı evdən yoxa çıxıb.

milletinsesi.info xəbər verir ki, bu barədə Səmanın anası Zeynəb Qafarova “Xəzər” TV-yə müraciət edərək məlumat verib.

Anası bildirib ki, Səmadan 6 avqust tarixindən xəbər yoxdur. O söyləyib ki, iyul ayının 15-ində Səma öz istəyilə xalası oğluyla evlənib. Aralarında isə heç bir narazılıq olmayıb.

“O, heç yeri tanımır. Evdən bayıra çıxmırdı. Özünəqapalıdır. Ola bilər azıb, yaxud kimsə başını aldadıb harasa aparıb. Tək qalanda qorxurdu”, - deyə Zeynəb Qafarova bildirib.

Qeyd edək ki, Qaradağ Rayon Polis İdarəsi məsələ ilə bağlı araşdırma aparır.

Pərviz Hüseyn