Lənkəranda bir nəfər dənizdə batdı

Lənkəranda bir nəfər dənizdə batdı
20:15 09-08-2018 | icon 70

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Lənkəran şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 400 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olmuşdur.

milletinsesi.info FHN-ə istinadla xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1959-cu il təvəllüdlü Ağayev Mirnazim Mirhəsən oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Əməliyyat başa çatmışdır.​