Yuli Qusman – 75!

Yuli Qusman – 75!
15:25 08-08-2018 | icon 130

Bu gün tanınmış kino və teatr rejissoru, teleaparıcı, aktyor, Rusiyanın əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti, Bakı doğulan Yuli Qusmanın 75 yaşı tamam olur. 

milletinsesi.info xəbər verir ki, Rusiya baş naziri Dmitri Medvedev ona öz təbriklərini ünvanlayıb. 

“Siz incə improvizasiya və tükənməz optimizmlə tamaşaçıların könlünü fəth edirsiniz”, - hökumətin saytında dərc olunan teleqramda deyilir. 

“Siz demişdiz: “İnsanlar dünyaya gəlməklə onlara xoşbəxtlik biletinin düşdüyünü fikirləşmirlər. Bu ki çox əladı – yaşamaq!” Məhz bu yaşam sevgisinə görə dünyada milyonlarla tamaşaçı sizi dəyərləndirir. 

Siz bütün işlərinizi həyat eşqi ilə həyata keçirirsiz: kino çəkirsiz, KVN-də çıxış edirsiz, tok-şou aparırsız”, - Rusiya baş naziri qeyd edib. 

Bundan əvvəl, Azərbaycan prezidenti İlham Əliyev Yuli Qusmanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Tanınmış rejissor bu mükafata Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı üzrə uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.