Şəhid bacısından Paşinyanın arvadına tutarlı cavab

Şəhid bacısından Paşinyanın arvadına tutarlı cavab
11:05 08-08-2018 | icon 35

Bir müddət öncə Bakıya təzyiq göstərməyin vacib olduğunu bildirən Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bu gün fərqli açıqlama verib: “Peace...”

“Qadınlar sülh naminə” tədbirində çıxış edən zaman o, azərbaycanlı analara müraciət edib və riyakarcasına bəyan edib ki, Qarabağ münaqişəsinin necə başlaması heç bir əhəmiyyət kəsb etmir:

“Düşünürəm ki, münaqişənin necə başlaması vacib deyil. Əsas olan insan taleyidir, münaqişəyə görə canlarından keçən gənclərin həyatıdır. İstəyirəm ki, bu sözlərin Azərbaycana çatsın”. 

Mesaj ünvanına çatdı... Şəhid bacısının Paşinyanın arvadına cavabı

milletinsesi.info-ın redaksiyasına Qarabağ müharibəsində döyüşən iki qardaşın bacısı müraciət edib. 

“Anna Akopyana müraciət etmək istəyirəm. Siz alnından güllə yarası alan 3 yaşlı körpəsini əlində tutan ananın acısını təsəvvür edə bilərsiz? Bilirsiz ki, Xocalıda qətlə yetirilmiş azərbaycanlı qadın və uşaqların cəsədləri təhqir edilib?

Bununla bağlı videokadrlar, şəkillər var. Əgər Qarabağ münaqişəsinin necə başlamasının vacib olmadığını deyirsizsə, bu məsələdən xəbərdarsız. Əlbəttə, bu, sizin üçün vacib deyil. Çünki, siz təcavüzkarsız. Başqasının torpaqlarını işğal etmisiz. Siz günahsız insanları öldürmüsüz və öldürməkdə davam edirsiz. 

Siz sülh deyirsiz? Torpaqlarımızın hələ də işğal altında olmasını nəzərə alsaq, hansı sülhdən danışmaq olar? Siz 27 il müddətində göz yaşları ilə oyanmanın nə olduğunu bilirsiz? Xeyr. Amma mən bilirəm.

1992-ci il oktyabrın 18-də erməni işğalçıları Azərbaycanın Qubadlı rayonuna hücuma keçiblər. Topağac yüksəkliyi uğrunda gedən döyüşlərdə qardaşım Rahim Xavər oğlu Alışov erməni gülləsinə tuş gəlib. O, mənim qollarında 3 uşağını qoyaraq, vətən uğrunda şəhid oldu. 

Bu uşaqlar sizi necə bağışlaya bilərlər? “Google”da axtarış verin: “Balaca Zəhranın qətli” və başa düşəcəksiz ki, sülhdən danışmaq sizin haqqınız deyil. 

Siz sülhdən danışırsız, ancaq oğlunuz işğal etdiyiniz və Ermənistan Silahlı Qüvvələrinin vaxtaşırı dinc Azərbaycan kəndlərinə diversiya həyata keçirdiyi Qarabağ bölgəsində xidmət edir.

Qadın böyük qüvvədir. Yarımmistik ifadələr danışmaqdansa, blok yaradılması təşəbbüsü ilə çıxış edin: “Qarabağı qaytaraq və sülh şəraitində yaşayaq”. Əmin edirəm ki, Ermənistanda sizi dəstəkləyəcək çox sayda qadın və əsgər anası var”...

Ə.Ş.