Deputat: Adlar və soyadlar məsələsi yenidən müzakirəyə çıxarılacaq

Deputat: Adlar və soyadlar məsələsi yenidən müzakirəyə çıxarılacaq
21:40 05-08-2018 | icon 46

Parlamentin qarşıdan gələn payıs sessiyasında komitəmiz səviyyəsində bir neçə vacib qanun layihəsinin müzakirəsini nəzərdə tuturuq.

Bunu milletinsesi.info-a açıqlamasında akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, bu sənədlərin müzakirəsini və sonda qəbulunu cəmiyyət də çoxdan gözləyir.

“Bunlar adlar və soyadlar, muğam, aşıq sənətinin qorunması və inkişafı, Göygöllə, Qobustan qayaları ilə bağlı  məsələlərdir. İllərdir bu yöndə təkliflər səsləndirilir, müzakirələr gedir, əksəriyyət də bunların qəbulunu məqbul sayır.

Hətta adıçəkilən məsələlərlə bağlı özümün də hazırladığım qanun layihələri var. Hesab edirəm ki, onları müzakirələr nəticəsində bir daha təkmilləşdirmək olar.

Yəni, hökm deyil ki, bunları elə bir sessiyada müzakirələrə çıxaraq. Onları növbə ilə müzakirələrə çıxarmaq və qəbul etmək olar.

Onlar öz qəbulunu gözləyir və çox güman ki, zaman-zaman da öz müsbət həllini tapacaq”, -deyə komitə sədri sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU