NATO-nun yekun bəyanatı açıqlandı

NATO-nun yekun bəyanatı açıqlandı
01:55 12-07-2018 | icon 43

Brüsseldə keçirilən NATO ölkələri sammitində dövlət başçılarının imzaladığı yekun bəyanat açıqlanıb.

Oxu.az xəbər verir ki, bəyanatda aşağıdakı maddələr yer alıb:

- Müttəfiq olaraq bir-birimizi müdafiə məsuliyyətini ədalətli şəkildə bölüşəcəyik.

- Türkiyəyə cənub sərhədindən gələcək təhdidlərə qarşı tədbirləri artıracağıq.

- Müttəfiqlər terrorla mübarizədə birlik və həmrəylik içində olacaq.

- Türkiyənin son 4 ildə Suriyadan raket atəşinə tutulmasından narahatıq. Suriyadan gələn raket təhdidini izlməyi və qiymətləndirməyi davam etdirəcəyik.

- Son 4 ildə müdafiə xərclərinin artması təqdirə layiqdir.

- Rusiyanın fəaliyyəti stabilliyi və təhlükəsizliyi risk altına alır.

- 2024-cü ilə qədər qurudan, havadan və dənizdən hərbi fəallığı daha da artırmaq nəzərdə tutulur.

- Belçikada Kiber Əməliyyatlar Mərkəzi qurulması qərara alınıb.

- 2024-cü ilə qədər Əfqanıstana maliyyə dəstəyi davam etdiriləcək.