Xorvatiya tarixində ilk dəfə DÇ-nin finalına yüksəldi

Xorvatiya tarixində ilk dəfə DÇ-nin finalına yüksəldi
00:45 12-07-2018 | icon 35

Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatında yarımfinal mərhələsinə yekun vurulub. 

Oxu.az-ın məlumatına görə, ikinci finalçının adı Xorvatiya - İngiltərə matçından sonra müəyyənləşib.

Oyun ingilislərin üstünlüyü ilə başlayıb və artıq 5-ci dəqiqədə Tripper hesabı açıb. 

Lakin görüşün 68-ci dəqiqəsində xorvatlar bərabərlik qolunu vurublar: Perişiç fərqlənib. 
90 dəqiqə ərzində qalib müəyyənləşmədiyi üçün hakim əlavə 30 dəqiqə təyin edib.

Bu zaman kəsiyində də Xorvatiya qol vura bilib – 109-cu dəqiqə Mancukiç sərrast zərbə endirib.

Qalan dəqiqələrdə İngiltərənin bərabərlik qolunu vurmaq səyləri nəticəsiz qalıb. Xorvatiya tarixində ilk dəfə dünya çempionatının finalına yüksəlib.

Həlledici görüşdə onların rəqibi Fransa komandası olacaq.