NASA astronavtların Ayda yıxılmalarını göstərdi - VİDEO

NASA astronavtların Ayda yıxılmalarını göstərdi - VİDEO
18:00 11-07-2018 | icon 154

Yəqin ki hər biriniz astronavtların Ayda hoppanaraq hərəkət etməsinin kadrlarını görmüsüz. Ancaq NASA-da kosmonavtların yöndəmsiz yıxılmalarının əks olunduğu videokadrların kolleksiyası var. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı “ScienceAlert” məlumat yayıb. 

Yıxılmaların səbəblərindən biri cazibə qüvvəsinin səviyyəsinin aşağı olmasıdır. 

NASA Ayda yıxılan hər bir astronavtla bağlı hesabat hazırlayıb. 

Belə ki, “Apollo-15” missiyası Ay səthinin müxtəlif məntəqələrində olan astronavtların metabolizminin sürətinin öyrənilməsi ilə məşğul olublar: yuxarı, aşağı və üfiqi səthdə. Ekipaj üzvləri müvazinətini itirərək, sürüşməyə başlayıb və nəticədə Ay səthi ilə əlaqəsini itirib. Əvvəlki vəziyyətinə qayıtmaq istərkən o, özünü çətin vəziyyətə salıb və sonda əlləri üstə yıxılıb. 

“Apollo-16” missiyasının astronavtları Aydakı cazibə qüvvəsini daha yaxşı öyrənmək üçün Yer və Ay səthində hərəkətin fərqlərini qiymətləndirməli idilər. Ekipaj üzvləri hər hansı əşyanı qaldırmaq istəsələr də, hər dəfə yıxılıblar.