Bakı nazirlərin Brüssel görüşü barədə

Bakı nazirlərin Brüssel görüşü barədə
11:35 11-07-2018 | icon 39

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü iyulun 11-də axşam Brüsseldə gözlənilir.

milletinsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Görüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutacaq.

Onun sözlərinə görə, danışıqlar prosesinin formatı və gündəliyi məlumdur.

“Münaqişənin nizamlanması üzrə Azərbaycanın mövqeyi məlumdur və beynəlxalq hüququn prinsiplərinə əsaslanır”, - H.Hacıyev bildirib.