Bakıda ada qiymətinə mənzil satılır - FOTO

Bakıda ada qiymətinə mənzil satılır - FOTO
16:10 10-07-2018 | icon 26

Bakıda mənzil alqı-satqısı üzrə saytların birində yeni maraqlı elan yerləşdirilib. 

milletinsesi.info xəbər verir ki, elanda Bakının mərkəzində 3,4 milyon manata, təxminən 2 milyon dollara mənzil satıldığı bildirilib. 

15-ci mərtəbədə, 400 kvadrat metr sahəyə malik 6 otaqlı ev 3,4 milyon manata satılır. 

Ontarioda Uest Nias adasını təsəvvür edin. Bir neçə kottec, günəş və septik sistemləri ilə təchiz olunmuş ada 2,2 milyon dollara satılır. Bu adanın görüntülərinə buradan baxa bilərsiz.

Hyustonda 1,7 miylon dollara 6 yataq otağı, lifti, barı və iki qonaq otağı olan 5 mərtəbli ev almaq olar. 

Tokioda 2 milyon dollara çoxmərtəbli bina almaq olar. 

Buenos-Ayresdə yarım milyon dollara dəbdəbəli rayonda doqquz yataq otağı olan şüşəli ev almaq mümkündür. 

Bəs 2 milyon dollara ev satan şəxs bizə nə təklif edir?

Elan belə yazılıb: “Bulvarın yaxınlığında, yumşaq mebel, klassik stildə yataq otağı, parket, şkaf, qızdırıcısı olan döşəmə, kabel televiziyası...”

milletinsesi.info Bakıda satılan həmin mənzilin fotolarını sizə təqdim edir:

Ə.Ş.