Ekspert: Qarabağ ətrafında irəliləyiş gözlənilmir

Ekspert: Qarabağ ətrafında irəliləyiş gözlənilmir
13:30 10-07-2018 | icon 44

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yaxın günlərdə irəliləyişlər gözlənilmir. 

Bu fikirləri milletinsesi.info-a açıqlamasında Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Qafqaz və regional təhlükəsizlik problemləri Mərkəzinin baş elmi işçisi Nikolay Silayev deyib. 

“Mən xarici işlər nazirlərinin nəzərdə tutulan görüşündən müsbət irəliləyiş gözləməyə əsas görmürəm. İndi Ermənistanda yeni hakimiyyətə gəlmiş insanlar danışıqlar prosesinə qoşulur”, - ekspert iyulun 11-də Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında planlaşdırılan görüşü şərh edərkən bildirib. 

Onun sözlərinə görə, görüş məhz buna həsr olunacaq.

“Tərəflərin əhval-ruhiyyəsi yaxın perspektivdə münaqişənin nizamlanmasında irəliləyiş olmasına imkan vermir. Ancaq əsas olan danışıqların davam etdirilməsidir”, - N.Silayev əlavə edib. 

Q.D.