Türkiyə kanalı Günnütün azad edilməsi barəsində - VİDEO

Türkiyə kanalı Günnütün azad edilməsi barəsində - VİDEO
10:40 09-07-2018 | icon 95

TRT World erməni işğalından azad olunmuş Naxçıvanın Günnüt kəndinə veriliş həsr ediblər. 

milletinsesi.info xəbər verir ki, verilişdə Bakının erməni işğalı altındakı torpaqlarını azad etmək üçün çoxdan bəri xüsusi əməliyyat hazırladığı bildirilib. 

Materialda qeyd edilib ki, Azərbaycan ordusunun 200-dən çox xüsusi təyinatlısı uzun müddətdir işğal altında olan ərazilərdəki erməni mövqelərinə hücum edib və 110 kvadrat kilometr ərazini azad edib. 

Xatırladaq ki, 2018-ci ilin mayında keçirilən uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndini, Xunut (2065 metr), Qızılqaya (1683 metr), Mehridağ (1869 metr) yüksəklikləri Azərbaycan ordusunun nəzarətinə keçib.

milletinsesi.info TRT World telekanalının hazırladığı süjeti təqdim edir:

Ə.Ş.