Rasim İldırımzadəyə dələduzluq ittihamı: Polis polkovniki şəhid anasına pul atıb – VİDEO

Rasim İldırımzadəyə dələduzluq ittihamı: Polis polkovniki şəhid anasına pul atıb – VİDEO
12:44 04-07-2018 | icon 1419

”Prokuror Yusif İldırımzadənin qardaşı Rasim 21 min manat pulumuzu alıb qaytarmır. Deyir Ramil Usubova bağlı adamlarıq. Ramil Usubovdan xahiş edirəm pulumun qaytarılmasına gömək etsin. Əgər Ramil Usubov səsimi eşitməsə, prezidentin yanına qalxacam’. Bu sözləri Criminal.az saytına açıqlamasında 76 yaşlı şəhid anası Sütun Əhmədova deyib.
”Mənə dedi ki, sən bilmirsən biz kimi, kimin qohumuyuq?”
S.Əhmədova bildirib ki, yaxın qohumu öz oğlunu yol polisinə işə düzəlmək istəyirdi. Qohumluq münasibəti olan Rasim İldırımzadə bu məsələni həll etməyi öz üzərinə götürüb. Qohum olduğuna görə inanıb və R.İldırımzadəyə işə düzəltmək üçün 21 min manat verib.
”Bu il yanvarda pulu Rasimə qohum-əqrabamızın yanında verdim. Rasim də söz verdi ki, narahat olmağa dəyməz, polisin rəhbərliyi ilə yaxın qohumluğu var. Pulu verəndən sonra isə uşağın işə düzəlməsi alınmadı. Rasimdən pulu geri istəyəndə isə hər dəfə bir söz deyirdi. Gah dedi ki, pulu prokuror qardaşı Yusifə verib. Başqa bir danışığında isə dedi ki, bank müdiri olan qardaşı Yunis İldırımzadə pulu sayır, get götür. Amma 7 aydır nə pul geri qaytarılır, nə də uşağın işi düzəlir. Son dəfə isə telefon danışığında mənə dedi ki, sən bilmirsən biz kimik, kimin qohumuyuq?” – deyə S.Əhmədova belə deyir.
R.İldırımzadə: ”Atamın canı o qadın yalan danışır…”

Rasim İldırımzadəyə dələduzluq ittihamı: Polis polkovniki şəhid anasına pul atıb – VİDEO


Məsələ ilə bağlı Rasim İldırımzadə Criminal.az saytına açıqlamasında bildirdi ki, Sütun xanımla qohumluğu var və baş verənlər anlaşılmazlıqdır. Onun sözlərinə görə, belə işlərlə əlaqəmiz ola bilməz: ”Yəqin pulu kiməsə verib və ya biz kimdənsə xahiş etmişik. O qadın atamın canı yalan danışır. O qadınla təmasda olmamışam. Onun həyat yoldaşının biz tərəfdə Zaur adlı qohumu var. Onlar zəng etmişdilər. Nə isə… Görüşüb ətraflı danışarıq…”.
Məlumat üçün bildirək ki, R.İldırımzadə Bakının Xətai rayonunun prokuroru Yusif İldırımzadənin qardaşıdır. Y.İldırımzadə daxili işlər naziri Ramil Usubovla qudadır. Digər qardaşı Yunis İldırımzadə ”Əmrahbank”ın rəhbəridir.


R.İldırımzadə özü isə polis polkovnikidir. Əvvəllər Daxili İşlər Nazirliyi Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini olub. Bir neçə il əvvəl isə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev onunla bağlı gizli çəkilmiş video paylaşmışdı. Sabiq rektor görüntülərdə R.İldırımzadə ilə aralarında olan söhbəti yaymaqla yanaşı mətbuatda müraciət yaymışdı ki, R.İldırımzadə MTN zabiti Mahir Abdullayevin oğurlanmasının arxasında prezidentin Mühafizə Xidmətinin rəisi Bəylər Əyyubovun dayandığını bildirib. Lakin R.İldırımzadə mətbuata açıqlama verərək həmin videonun montaj olduğunu demişdi. İstinad olunan mənbə bu linkdir. 

Mənbə Criminal.az