“Bizi nəcisli suların üfunətindən xilas edin” – Xudatdan video

“Bizi nəcisli suların üfunətindən xilas edin” – Xudatdan video
12:02 04-07-2018 | icon 418

İki gündür Xudat camaatı aşıb-daşan kanalizasiyanın üfunətində əziyyət çəkir. AzEuroNews.com xəbər verir ki, yerli orqanlar hamısı “yay yuxusuna” gediblər.

Nə Xudat bələdiyyəsi, nə icra nümayəndəliyi, nə su-kanal idarəsi şəhərdəki bu biabırçılığa son qoyur. Nəticədə kanalizasiya sullarının üfunətli qoxusu Xudatı bürüyüb.

Sakinlər Xudatın tabe olduğu Xaçmaz rayon İcra Hakimiyyətinə, “Azərsu” ASC rəhbərliyinə müraciət edərək tez zamanda tədbir görülməsini xahiş edirlər.

Sakinlərin sözlərinə görə, iki gündür yolu təmizləməyə maşın, kanalizasiyanı düzəltməyə usta da tapılmır.

“Lütfən belə qızmar yay günlərində kanalizasiyanın nəcisli sularının iyindən, üfunətindən, yaydığı epidemiyadan bizi xilas edin”,-deyə çağırış edirlər.

Onların bizə yolladığı videonu təqdim edirik: