Zaqatalada doğuş zamanı körpə öldü

Zaqatalada doğuş zamanı körpə öldü
19:38 02-07-2018 | icon 141

 

Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.

milletinsesi.info-ın APA-ya istinadla xəbərinə görə, hadisə bu gün səhər saatlarında Zaqatala Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Rayonun Yengiyan kənd sakini, 1990-cı il təvəllüdlü Elyanə Ümid qızı Əlixanova səhər saat 04:00 radələrində xəstəxananın Doğum şöbəsinə doğuş üçün müraciət edib. Saat 08:00 radələrində doğuş zamanı uşaq ölü doğulub.

E. Əlixanovanın qayınatası Nazim Əlixanov bildirib ki, körpənin ölümünə həkim səhlənkarlığı səbəb olub.

N. Əlixanov hadisənin araşdırılması üçün aidiyyəti qurumlara müraciət edəcəyini bildirib.