“Diz çök deyir, at oynadırlar…” – Məmurlar kənd sakinini susuz qoyub

“Diz çök deyir, at oynadırlar…” – Məmurlar kənd sakinini susuz qoyub
20:08 02-07-2018 | icon 141

“Ağstafa rayonu Ağstafa SSİ rəisi Tofiq Bayramov və Poylu kəndinin bələdiyyə nümayəndəsi Ələsgər Bayramov mənim bostanımı məhv edirlər. Onlara “bu vətəndaşlardan nə istəyirsiniz” deyən yoxdurmu? Mən kimə müraciət etməliyəm? Tofiq Bayramov mənə diz çök deyir, Ələsgər Bayramov Ağstafada at oynadır”.

Minval.info-ya müraciət edən Poylu kənd sakini İsmayılov Adil ona məxsus əkin sahəsini suvara bilmədiyi üçün məmurları günahlandırır. Şikayətçi deyir ki, Tofiq Bayramov və Ələsgər Bayramov ondan pul tələb edirlər. Lakin İsmayılov onlarla razılaşmadığı üçün əkin sahəsi susuz qalıb. Onun sözlərinə görə, həmin sahədə təsərrüfatla məşğul olmaqla oradan əldə etdiyi gəlirlə ailəsini dolandırır.

“Acından ölürəm, ailəmi dolandıra bilmirəm. Qapılara düşüb çörək dilənməliyəm?!” – deyən A.İsmayılov vəziyyət bu yerə çatdığından dolayı maddi durumunun pisləşdiyini söyləyir.

Adil bəy kənd təsərrüfatı naziri İnam Kərimov başda olmaqla bütün müvafiq dövlət qurumlarından ona köməklik göstərilməsini xahiş edir.

https://bax.tv/video/33417.html