Krım işıqsız qaldı

Krım işıqsız qaldı
17:20 13-06-2018 | icon 19

Krımın bütün ərazisi işıqsız və mobil rabitəsiz qalıb. 

milletinsesi.info bununla bağlı “Krıminform” nəşri məlumat yayıb. 

Məlumatlara görə, yerli vaxtla 15:25-də yarımadaya verilən enerji təchizatı dayandırılıb. Bu məlumatı Krımın telekommunikasiya sahəsində çalışan iki mənbə təsdiqləyib. 

“Bütün Krım və Sevastopol enerjisiz qalıb. Təfərrüatlarını araşdırırıq”, - mənbə bildirib.