Bakıda boya sexi yanır

Bakıda boya sexi yanır
16:25 13-06-2018 | icon 29

Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən milletinsesi.info-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Yanğın məhdudlaşdırılıb. Ətraf ərazilərə təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.