DÇ-2026-nın keçiriləcəyi ölkələr bəlli oldu

DÇ-2026-nın keçiriləcəyi ölkələr bəlli oldu
15:45 13-06-2018 | icon 21

2026-cı ildə futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək. 

milletinsesi.info xəbər verir ki, bu barədə Rusiyanın paytaxtı Moskvada keçirilən FIFA-nın 68-ci konqresində qərar verilib.

2026-cı ildə keçiriləcək dünya çempionatında ilk dəfə olaraq 48 komanda yarışacaq. 

İlk olaraq turnirin keçirilməsi üçün altı ərizə təqdim olunmuşdu. Sonda bu müraciətlərdən yalnız ikisi mübarizə aparıb: Mərakeş və ABŞ-ın, Kanada və Meksikanın birgə müraciətlərinə baxılıb. 

ABŞ dünya çempionatına 1994-cü ildə, Meksika isə 1970 və 1986-cı ildə ev sahibliyi edib.