“Maşın”ın efiri yarımçıq kəsildi

“Maşın”ın efiri yarımçıq kəsildi
00:20 13-06-2018 | icon 33

Bu gün final həyəcanının yaşandığı “Maşın” realiti şousunda canlı efir zamanı problem yaranıb.

milletinsesi.info xəbər verir ki, “M Group Production” efirin yarımçıq kəsilməsi ilə bağlı açıqlama yayıb:

“Əziz "Maşın" şounun izləyiciləri və dəyərli media nümayəndələri, “MGP” şirkətindən asılı olmayan və “Azad Azərbaycan” telekanalına bağlı texniki səbəblərə görə bu gün 22:15-də başlayan efirimizdə müəyyən problemlər yaşanıb. Hazırda mütəxəssislər problemi aradan qaldırmağa və şounun yayımını bərpa etməyə çalışırlar”.

Pərviz Hüseyn