Sabirabadın başçısı oliqarx oğlu ilə bacarmır: sensasion təfsilat

Sabirabadın başçısı oliqarx oğlu ilə bacarmır: sensasion təfsilat
13:00 12-06-2018 | icon 120

Azərbaycanda məmurlar və övladları hər gün ictimaiyyəti heyrətləndirirlər. Məlumdur ki, onların pulları batmanladır və zəngin həyat gözlərini möhkəm tutub

Həmin məmurlardan biri barəsində bu günlərdə feysbukda şərhlərdə yazılmış qeyri-adi məlumata diqqət çəkib.

Şərhlərin birində iddia olunurdu ki, Sabirabadın icra başçısı Nazim İsmayılov oğlu Anar İsmayılovla bacarmır.

Bir neçə il qabaq oğluna Göyçayda AST Telmana aid ərazidə villa tikdirən icra hakimi etdiyinə peşman olub. Çünki A.İsmayılovun istəkləri tükənmək bilmir.

Şərhdə deyilirdi ki, Sabirabad icra başçısı oğlunun tez-tez lüks maşınlarını dəyişməsindən təngə gəlib. Hətta yaxın çevrəsində şikayətlənirmiş.

Bu hobbisi artıq N.İsmayılovu da qıcıqlandırır. Bahalı avtomobilləri əlcək kimi tez-tez dəyişən məmur oğlu atasını bezdirib. Çünki böyük pullar xərcləməkdədir.

A.İsmayılov özünü N.İsmayılovun oğlu yox, milyarder oliqarx Telman İsmayılov kimi aparır. Sabirabad və Göyçay icra başçısının oğlunun avtomobil dünyasından danışır.

Hətta el arasında belə söhbətlər dolaşır ki, A.İsmayılov arabir gözdən itir və atasına görünmür. İcra başçısı oğlunu tapa bilməyən dostlarından mesaj göndərir.

Ki, atası ona daha bir yeni lüks avtomobil almağa şərait yaratsın. İcra başçısı də hər dəfə oğlunun maşın dəyişməsinə hirslənir, amma istəyini reallaşdırır.

Sabirabad icra başçısı N.İsmayılovun Göyçay rayonunda böyük mal-mülk sahələri, obyekləri mövcuddur. Bu biznesə də oğlu nəzarət etdiyi iddia olunur.

Bu obyektlərdən ən böyüyü rayonun Heydər Əliyev prospekti 88-də yerləşən “Çinar Mehmanxana”sı, “Çinar” şadlıq evi və ətrafındakı bir neçə obyektdir.

N.İsmayılov və oğlu bu obyektlərin onlara məxsus olmadığını iddia edirlərsə, bu “başını kola soxan” dəvə məsələsinə oxşayar.

2001-ci ildən Göyçay, Şamaxı və Sabirabad rayonlarına başçılıq edən 64 yaşlı icra başçısı bu və digər yollarla topladığı milyonları özünün və ailəsinin lüks həyatına sərf edir.

Bakıda bir neçə villası, yüzminlərlə manat dəyərində maşınları, başqa dəyərli obyektləri olan Nazim İsmayılov hər zaman övladları ilə bağlı gündəmdə olub.

N.İsmayılovun oğlanlarının adı ən müxtəlif qalmaqallarda hallanıb. Son illər ərzində mediada yer alan və rəsmən təkzib olunmayan həmin məlumatları cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq.

FİA.Az media üzərindən xatırladır ki, hələ 2014-cü ilin əvvəllərində N.İsmayılovun kiçik oğlunun qəza törətməsi haqda xəbər yayılmışdı.

Məlumata görə, “hadisə Pambıq Zavodunun qarşısında baş verib. Atasının xidməti 54 AA 001 nömrə nişanlı “Prado” avtomobilini idarə edən kiçik İsmayılov birdən-birə iki “VAZ 06” markalı avtomobili əzib.

Maşınlardan biri yararsız hala düşüb. Zədələnən “Jiquli”lərdə həmin vaxt adam olmayib. Onlar yaxınlıqdakı aptekdə imiş.

Polis hadisə yerinə gələrək başçının xidməti avtomibilini hadisə yerindən aparıb”. O zaman Sabirabad Rayon Polis İdarəsi məlumatı nə təkzib, nə də təsdiq etmişdi.

İcra başçısının oğlunun adının avtomobillə bağlı hallanmasında bu yeganə hal deyil. Belə ki, o dövrdə cumhuriyyet.az bu istiqamətdə media üzərindən apardığı araşdırmalar zamanı başqa bir məlumata da rast gəlmişdi.

“Nazim İsmayılovun oğlu Anarın öz avtomobilini satması barədə məlumat var. Auto.az” saytında yerləşdirilən bu elan onu tanıyan vətəndaşların da diqqətini çəkib.

2011-ci il istehsalı olan “Toyota Land Cruiser”i 36 min dollara satan Anar İsmayılov öz nömrəsini də saytda yerləşdirib (0502000423). Lakin Sabirabad “şef”inin oğlu saytda region olaraq Göyçay göstərib.

Bu elanda gördüyümüz avtomobil onun yeganə avtomobili deyil, kolleksiyada daha 4-5 “inomarka”da var. Avtomobil satışı elanından bir müddət sonra Anar İsmayılov “Facebook” hesabında avtomobil alması ilə bağlı məlumat yaymışdı. Bununla bağlı da cumhuriyyet.az olaraq mediada yayılan məlumatlara diqqət yetirdik.

Aparılan araşdırmalar zamanı bəlli olub ki, icra başçısının oğlu “Lexsus LX 570” markalı avtomobil alıb.

Bu markanın qiyməti Azərbaycanda rr145-150 mindir. Məlumdur ki, əksər məmmur övladları öz “oyuncaq”larını xaricdən sifarişlə gətizdirir.

Bu zaman isə avtomobillərinə müəyyən detalların artırılmasını sifariş edirlər ki, bu da qiymətin artmasına təsir göstərir.

Məlumata görə, Anar İsmayılov da yeni avtomobilinə müəyyən detalların artırılmasını sifariş verib və maşın ona təxminən 200 minə başa gəlib.

Bu xəbərlər göstərir ki, yuxarıda deyilənlər reallığa yaxındır. Nazim İsmayılovun oğlunun müxtəlif xarici ölkələrdə çəkilən fotoları yayılmışdı.

Strateq.az-a göndərilən fotolarda icra başçısının oğlu Anar İsmayılovun səyahət və “xüsusi əyləncələr”ə meylli olduğu açıq sezilirdi. Anar İsmayılovun müxtəlif şəhərlərdə çəkilmiş fotolarından bəzilərini təqdim edirik:

sensasion təfsilat
sensasion təfsilat
sensasion təfsilat
sensasion təfsilat
sensasion təfsilat

Mənbə FİA.Az