Uşaqlara işgəncə verilən bağça barədə araşdırma başladı - VİDEO

Uşaqlara işgəncə verilən bağça barədə araşdırma başladı - VİDEO
20:47 11-06-2018 | icon 39

 

Uşaqlara işgəncə verilən bağça ilə bağlı araşdırma başlanıb.

Bunu milletinsesi.info-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

Komitə rəsmisi qeyd edib ki, yayılan görüntülərlə bağlı müvafiq dövlət qurumlarına məlumat verilib:

“Araşdırma aparıldığı üçün geniş məlumat deyə bilmərəm. Bir neçə gündən sonra məsələ barədə ictimaiyyətə geniş məlumat veriləcək”.