Ramazanın 21-ci gününün – DUASI VƏ TƏQVİMİ 

Ramazanın 21-ci gününün – DUASI VƏ TƏQVİMİ 
19:38 06-06-2018 | icon 242

 

milletinsesi.info müqəddəs Ramazan ayının 21-ci gününün təqvimi və duasını təqdim edir.

21 ramazan 1439 – 06 iyun 2018

İmsak: 03:21
İftar: 20:24

21-ci günün duası:

“Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin”.

Tərcüməsi:

“İlahi, bu ayda Sənin rizanı qazanmaq üçün mənə yol göstər, Şeytanın məni azdırması üçün yol qoyma, Cənnəti mənim üçün mənzil və dinclik yeri qərar ver, ey möhtac olanların ehtiyaclarını ödəyən Allah!”.

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.