Ramazanın 19-cu gününün – DUASI VƏ TƏQVİMİ

Ramazanın 19-cu gününün – DUASI VƏ TƏQVİMİ
10:06 04-06-2018 | icon 64

 

milletinsesi.info müqəddəs Ramazan ayının 19-cu gününün təqvimi və duasını təqdim edir.

19 ramazan 1439 – 04 iyun 2018

İmsak: 03:22

İftar: 20:23

On doqquzuncu günün duası:

“Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin”.

Tərcüməsi:

“İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi”.

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.