Ramazanın 18-ci gününün – DUASI VƏ TƏQVİMİ

Ramazanın 18-ci gününün – DUASI VƏ TƏQVİMİ
10:09 04-06-2018 | icon 196

 

milletinsesi.info müqəddəs Ramazan ayının 18-ci gününün təqvimi və duasını təqdim edir.

18 ramazan 1439 –  03 iyun 2018

İmsak: 03:23

İftar: 20:22

On səkkizinci günün duası:

“Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə-zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin”.

Tərcüməsi:

“İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat! Qəlbimi bu səhərlərin ziyası ilə işıqlat! Bədən üzvlərimi bu günün təsirinə tabe olmağa yönəlt! Nuruna and verirəm, ey ariflərin qəlbini nurlandıran Allah”.

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.