Kəmaləddin Heydərovun “Gömrük qoçusu” Vüsal Novruzov haqqında bilmədiklərimiz? - Araşdırma

Kəmaləddin Heydərovun “Gömrük qoçusu” Vüsal Novruzov haqqında bilmədiklərimiz? - Araşdırma
16:51 24-05-2018 | icon 635

Uzun zamandır ki, ölkə mediasında Vüsal Novruzov adlı generalın fəaliyyəti və keçmişi ilə bağlı məlumatlar dərc olunur. Biriləri onu “qumarbaz”, digərləri “korrupsioner” adlandırmaqda davam edir. Vüsal Novruzovun yaxşı adam, yaxşı məmur olduğunu isə yazanlar çox azdır. Onun Bəylər Eyyubov və ölkənin digər tanınmış adları ilə tez-tez yaranan mübahisələri gündəmi zamanında zəbt etmişdi. Lakin bir çox qarşıdurmalardan qalib çıxan generalın bu gün “vurulacağı” ilə bağlı yazılanlar sadəcə oxucu kütləsi yığmağa hesablanıb desək yanılmarıq...

Vüsal Novruzov kimdir?


Apardığımız araşdırmalar təsdiq edir ki, Vüsal Novruzov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ən yaxın adamlarından biridir. Bu şəxsin general rütbəsi və milyonlar sahibi olmasında Heydərovun əməyini danmaq olmaz. Qısa zamanda böyük var –dövlət sahibinə çevrilən Bakı Baş Gömrük idarəsinin rəisi Azərbaycanda monopolyanın yaranmasında xidmətləri az deyil. Onun nəzarətində olan gömrüydə baş verən qanunsuzluq ölkə iqtisadiyyatında öz təsirini göstərib. Ölkə üçün böyük xidmətləri olmasada Kəmaləddin Heydərova olan sadiqliyi onu idarə rəisi, general və milyonçu edə bilib. 
Kəmaləddin Heydərovun “Gömrük qoçusu” Vüsal Novruzov haqqında bilmədiklərimiz?
Vüsal Novruzovu toxunulmaz məmura çevirən Fövqəlnazirin bütün hesabatları və biznesinə də nəzarət ona məxsusdur. İqtisad Universitetinin məzunu olan Novruzovun rəhbəri olduğu idarənin fəaliyyətinə heç kim müdaxilə edə bilməz. Gömrük Komitəsinin rəhbərliyi belə Vüsal Novruzovdan fəaliyyəti haqqında hesabat istəmək gücündə deyil. Gömrükdə qanunsuz rüsumlar, karqolarda təyin edilən qiymətlər Bakı gömrük şefinin tələblərinə aiddir. Kəmaləddin Heyədrovun “gömrük qoçusu” adlanan bu şəxsin formalaşdırdığı sistem iş adamlarının və dövlətin milyonlarını talanmasına xidmət edir. Amma, Novruzovdan yazmaq, onun talançı əməllərini araşdırmaq olmaz. Mediada dərc olunan və “gömrük qoçusunun” əməllərini ifşa edən məlumatları oxumağa belə macal tapmırsan. Generalın müdafiəsinə qalxanlar onun SAF, Allah adamı, vicdanlı və bu kimi dəyərli adlarla belə təltif edirlər. Bütün hallarda böyük güc sahibinə çevrilən Vüsal Novruzovun rəqiblərinə mediada hücum planı həyata keçirməsi adi hal alıb. Bir müddət öncə Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyev və katibəsi olan baldızının varidatı haqda mediaya ötürülən informasiya sızıntısı həmin gücün o qədər də kiçik olmadığını təsdiqlədi.

Dövlət Gömrük Komitəsində baş verən sədr dəyişikliyi də Novruzovun adı ilə bağlanır. Keçmiş sədr Aydın Əliyevlə daim gərgin münasbətdə olması sədrlik postunun itirilməsi ilə sonuclandı. Çoxları bu gırginliyin Kəmaləddin Heydərov tərəfindən idarə olunduğunu qeyd edir. Parçala hökm et fikri ilə yanaşsaq Kamalın bu addımını uğurlu gediş hesab etmək olar. Lakin indi sədr postuna gətirilən Səfər Mehdiyevin toxunulmaz generalla necə davranacağını sual edənlər də az deyil. Vüsal Novruzova yaxın mediada Səfər Mehdiyevə qarşı təbliğat artıq başlayıb. Bakı gömrük şefinin yeni sədri cəzalandırmaq və özünə yaxın buraxmamaq arzuları kimləri kreslodan məhrum edəcəyini söyləmək çətindir. Lakin bir həqiqət var ki, daim haqqında şikayətlər və xoşagəlməz faktlar səsləndirilən Novruzovun erası bitməyib və Azərbaycan bu məmurun özəl qaydalarından ziyan çəkməkdə davam edir... 

Gömrükdə oğurlanan milyonlar və Novruzovun şirkətləri


Vüsal Novruzovun Bakı Gömrüyündə tətbiq etdiyi qaydaları sadə vətəndaşlar belə bilir. Məsələn, onun ölkəyə gətirilən və qanunla dövlət rusumu 2000 manat təşkil edən mallara 20000 manat alması faktdır. Gömrükdə rüsumların ödənişi zamanı heç bir rəsmi sənədləşmə aparılmır. Aydındır ki, Vüsal Novruzovun tələb etdiyi rüşvəti rəsmiləşdirmək mümkün deyil. Bakı Gömrük şefinin tələb etdiyi qanunsuz rüsum haqqına etiraz edənlərin malları aylarla karqolarda qalır. Və sonda Novruzovun tələbləri yerinə - yetirilir.

Daxil olan məlumatlar və aparılan araşdırmalar göstərir ki, Bakı gömrüyündə baş verən rüşvətxorluq və korrupsiya halları açıq şəkildə həyata keçirilir. Dövlətin aidiyyatı qurumlarının gözü qarşısında vətəndaşlardan alınan qanunsuz rüsumların Kəmaləddin Heydərov – Vüsal Novruzov cütlüyünün şəxsi büdcəsinə köçürüldüyü fakt olsada tədbir görülməkdə acizlik nümayiş olunur. Adı qumar oyunlarında, tez-tez xaricdəki bizneslərdə, bahalı maşın kolleksiyasında və bu kimi milyonluq işlərdə hallanan Vüsal Novruzovun erməni şirkət rəhbərliyi ilə işbirliyi də araşdırmalarımızın mövzusudur...(Realliq.info) 
Ardı var