Rafael Ağayev “Yuventus”dan təklif gözləyir

Rafael Ağayev “Yuventus”dan təklif gözləyir
17:00 16-05-2018 | icon 18

Öz rekordumu qırdım. Çalışacağam ki, altıncı dəfə dünya çempionu olum. Hələ canısuluyam. Hələ karyeramı bitirməyi düşünmürəm. Olimpiadaya da iştirak üçün yox, qızıl medal qazanmaq üçün gedirəm.

milletinsesi.info-ın xəbərinə görə, bu barədə karate üzrə beşqat dünya və onbirqat Avropa çempionumuz Rafael Ağayev Avropa çempionu olmasından danışarkən deyib.

Yarış günü Avropa çempionatına yollandıqlarını bildirən Ağayev bunun döyüşlərdə öz əksini tapdığını bildirib:

“Təbii ki, Serbiyaya yarış günü yollanmağımız bizə pis təsir etdi. Bu, yorğunluğa səbəb oldu. Finala kimi döyüşlərim çətin alındı. Finaldan sonra dincəlmək imkanım oldu. Bu da finala daha yaxşı çıxmağıma səbəb oldu”.

Rafael Ağayev İtaliyanın “Yuventus” klubundan təklif gözlədiyini qeyd edib:

“1994-cü ildən “Yuventus”a azarkeşlik edirəm. Mənə tanışım vasitəsilə  “Yuventus” xəbər göndərmişdi ki, gəl, “Real”la Çempionlar Liqasının finalından öncə klubumuzun muzeyinə baş çək. Onda gedə bilməmişdim. İndi belə təklif olsa, gedərəm”.

Səbuhi TOFİQOĞLU