70 min manat oğurlayan dəstə üzvü ələ keçdi

70 min manat oğurlayan dəstə üzvü ələ keçdi
10:50 16-05-2018 | icon 36

Mingəçevirdə şirkətin 70 min manatını oğurlayan qrupun digər üzvü saxlanılıb.

DİN-dən milletinsesi.info-a verilən məlumata görə, nazirliyin Baş Cinayət Axtarışı İdarəsi və Mingəçevir ŞPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Mingəçevir şəhərindəki şirkətlərin birində hasilatçı (ekspeditor) vəzifəsində çalışan E.Abdullayevi evinin girişində fənərə oxşar alətlə vuraraq şirkətə məxsus içərisində 70 min manat olan çantanı əlindən almaqda şübhəli bilinən qrupun digər üzvü - Mingəçevir şəhər sakini Yaşar Kərimov tutulub.

Faktla bağlı Mingəçevir ŞPŞ-də araşdırma aparılır.