Ağsu rayon sakinləri rayon icra hakimiyyətinin qarşısinda aksiya keçirdi..!! VİDEO

Ağsu rayon sakinləri rayon icra hakimiyyətinin qarşısinda aksiya keçirdi..!! VİDEO
09:37 14-05-2018 | icon 186

Ağsu rayonunda nələr baş verir ki,durmadan DogruXeber.az informasiya agentliyinin redaksiyasına müraciətlər artmaqdadır.

Ağsu rayon sakinləri əzab əziyyət içində yaşadıqlarını və rayon icra hakimiyyətinin başçısı Ənvər Seydəliyevin onlara heç bir köməklik göstərmədiyi, eyni zamada onları qəbul etmədiyi barədəDogruXeber.az informasiya agentliyinə müraciət ediblər.Rayon sakinləri çarəsiz durumda olduqlarını qeyd etməklə yanaşı hətta onuda bildirirlər ki, rayon icra hakimiyyətinin başçısı rayonda yalnız öz səltənətini qurub yaratmaqla məşğuldur. Rayon sakinləri ölkə vətəndaşlığından çıxmaq haqqında qərara alıblar ki, bizim dərdimizi dinləyən bir dövlət orqanı tapa bilmirik ki, rayon rəhbərinin özbaşınalıqlarından ona şikayət edək.Görək ona bir dur deyən olacaq ! bəsdir rayonda hər yeri qarış-qarış zəpt edib obyektlər,villalar,şadlıq evləri tikdirməklə məşğul olduğunu qeyd edən rayon sakinləri od püskürdülər. Şikayətçilər arasında şəhid ailəsi,qarabağ veteranı,1-ci, 2-ci və 3-cü qrup əlillər də var idi. Bir sözlə sakinlər rayon icra hakimiyyətinin başçısı Ənvər Seydəliyevdən heç bir köməklik görmədiklərini, eyni zamanda onları qəbul edib dərdlərin dinləməkdən imtina etdiyin bildirən rayon sakinləri hiddətlə qeyd edirlər ki,biz artıq rayonda yaşaya bilmirik. Şikayətçilər bildirirlər ki,”rayonda dözülməz durumda yaşayırıq,bizə bir köməklik göstərməyən rayon rəhbəri bizi əsarət altında saxlayıb bizə bildirir ki,gedin hara şikayət edirsiniz edin mən heç kimdən qorxmuram.”
DogruXeber.az informasiya agentliyinin baş redaktoru K.Əsgərov Ağsu rayonuna ezam olunduğu zaman rayon sakinlərinin redaksiyamıza ünvanladığı müraciət ilə bağlı qarşı tərəf olaraq münasibət bildirmələri üçün Ağsu rayon icra hakimiyyətinə rayon sakinləri ilə birlikdə gedib. Təəssüflə qeyd etmək istəyirik ki,agentliyin rəhbəri K.Əsgərovun sözlərinə görə qarşılaşdığı mənzərə heç də ürək açan olmayıb. K.Əsgərov qeyd edir ki, Ağsu rayon icra akimiyyətinə daxil olduqda, ilk öncə növbətçi hissədə oturan mühafizə işçisinə bildirib ki, sakinlərin şikayəti ilə bağlı icra aparatının rəhbəri Ənvər Seydəliyev ilə görüşüb münasibət bildirməsi ilə bağlı gəldiyimi xəbər verməsini bildirib. Jurnalist qeyd edir ki,əvəll qəbul edəcəyini bildirsələr də bir neçə dəqiqədən sonra növbətçi hissədə duran səxs bildirib ki, gözləməyin başçı qəbul etməyəcək .
Rayon sakinləri acınacaqlı durumda olmaları barədə və rayon icra hakimiyyətinin başçısı Ənvər Seydəliyevin onları qəbul belə etmədikləri barədə DogruXeber.az informasiya agentliyinə etdikləri müraciətlərinin doğru olduğunu Jurnalist canlı şahidi olmuşdur. Bu barədə onu demək olar ki,ölkə prezidentinin etimadını doğrultmayan rayon icra rəhbəri həm rayon sakinlərinə eyni zamanda ölkə prezidentinin daxili və xarici siyasətinə xələl gətirmiş olur. Görünən odur ki,vətəndaş fəryad edib ölkəni tərk etmək istəyirsə buna səbəb rayon rəhbərinə verilən səlahiyyətindən düzgün idarə etməməsidir ki, idarə etdiyi rayon sakinlərinin hər hansı bir dərdləri ilə yaxından maraqlanmaması nəticədə bu cür xoşagəlməz hadisələrin baş verməsi ilə nəticələnir.

Ümid edək ki, işıqlandırdığımız rayon sakinlərinin müraciətləri sosial mediada işıqlandıqdan sonra öz həllini tapar.

Məsələni diqqətimizdə saxlayacağıq:

Mənbə:DogruXeber.az