Samir Şərifovun tikinti şirkətində qalmaqal: əhali etiraza qalxdı bir fəhlə öldü

Samir Şərifovun tikinti şirkətində qalmaqal: əhali etiraza qalxdı bir fəhlə öldü
09:18 12-05-2018 | icon 1395

Bakıda söküntü sahəsində faciə baş verib. Məlumata görə, hadisə paytaxtın Nərimanov rayonu ərazisində, keçmiş Çapayev küçəsində köhnə binaların söküntüsü ilə məşğul olan “Mənzərə” MMC-nin söküntü sahəsində baş verib. Ərazidə söküntü aparan şirkətin əməkdaşı, Masallı rayon sakini, 1969-cu il təvəllüdlü Abiyev Rafiq Abduləhəd oğlu traktorun altında qalaraq ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.
Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırma zamanı məlum olub ki, tikinti aparan şirkətin dövlət məmurlarından birinə məxsus olduğu deyilir. Məlumat verən mənbənin bildirdiyinə görə, söküntüyə etiraz edənlər olduğundan söküntü əvvəlcə dayandırılıb. Sonra qəti şəkildə ərazinin sökülməsi qərara alınıb və fəhlə də həmin zaman traktorun altında qalaraq ölüb. Onu da bildirək ki, “Mənzərə” MMC barədə internet mənbələrində hər hansı məlumata rast gəlinmir. Belə görünür ki, bu, məhz göstərilən ərazidə tikinti aparmaq üçün yaradılan MMC-dir. Bu arada cumhuriyyet.az-a daxil olan iddialarda həmin şirkətin maliyyə naziri Samir Şərifova məxsus olduğu bildirilir. İddia olunur ki, o, nazirin şəxsi şirkətidir. Sənədlərdə şirkətin direktoru başqa şəxs göstərilsə də, bütün fəaliyyəti nazirə məxsusdur. Hazırda şirkətin kimə məxsus olması ilə bağlı araşdırmamız davam edir.

Mənbə:cumhuriyyet.az