Selektiv abortların sayı açıqlanıb

Selektiv abortların sayı açıqlanıb
14:44 19-04-2018 | icon 187

 

2017-ci ildə ümumrespublika üzrə 37 minə yaxın abort icra olunub.

milletinsesi.info xəbər verir ki, bunu baş mama-ginekoloq Sevinc Məmmədova deyib.

Bildirib ki, abort etdirən yaş qrupunu daha çox 18-25 yaş arası xanımlar təşkil edir:

“Respublika üzrə abortdan sonra heç bir fəsadlaşma və ana ölümü halı qeydə alınmayıb. Həmin abortlar da sənədlərlə rəsmiləşdirilib və hər bir hamilə xanımın adına kartlar açılıb. Bu haqda məlumatlar isə rəsmi statistikamızda qeydə alınıb”.