Ekspert: Suriyadakı gərginlik Qarabağ münaqişəsinin həllini uzadır

Loading...
Ekspert: Suriyadakı gərginlik Qarabağ münaqişəsinin həllini uzadır
17:15 16-04-2018 | icon 12

Hazırda Dağlıq Qarabağ probleminin həllinə ümid etmək çox tezdir.

Bu barədə milletinsesi.info-a rus politexnoloq Denis Korkodinov deyib.

Onun sözlərinə görə, yalnız Rusiya, Ermənistan və Azərbaycan, eləcə də, İran və Türkiyə daxil olmaqla, danışıqlar prosesində olan tərəflər, mövcud ərazi mübahisələrinin həlli üçün birmənalı məxrəcə gəlməyəcəklər və elə bu səbəbdən də Ermənistan-Azərbaycan böhranından çıxış mexanizmi hazırlanmayıb.

Beynəlxalq ictimaiyyətin diqqəti, əsasən, ölkələrin müxtəlif blokları arasında böyük miqyaslı qarşıdurma riski olan Yaxın Şərqə yönəlib.

“Cənub Qafqaz hələ ki, dünya siyasətinin birinciliyində deyil. Lakin Zaqafqaziya dövlətlərinin taleyi bütünlüklə, yaxın şərq regionunun hansı geosiyasi inkişaf vektoru əldə etməsindən asılıdır.

Bu proses uzunmüddətli xarakter daşıyır və çətin ki, yaxın 2-3 ilə qurtara bilsin”, -deyə ekspert qeyd edib.

O bildirib ki, bu müddətin sonunadək Dağlıq Qarabağ problemi çətin ki, son nəticə əldə etsin, çox güman ki, əvvəlki kimi asılı vəziyyətdə olacaq. 

Əli Məmmədov

loading...