Asim Mollazadə: “Səfirliklərimiz yenidən formalaşmalıdır”

 Asim Mollazadə: “Səfirliklərimiz yenidən formalaşmalıdır”
16:26 16-04-2018 | icon 57

“İnformasiya müharibəsində öz hüquqlarımızı yetərincə müdafiə edə bilmirik”.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Asim Mollazadə parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.

Deputat bildirib ki, Azərbaycanın səfirlikləri yenidən formalaşmalıdır. “Yeni texonologiyaları daha da mükəmməl öyrənməliyik. Burada söhbət həm siyasi, həm də informasiya texnologiyalarından gedir”.

Deputat Musa Qasımlı da çıxışında diaspor işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, ölkə xaricində siyasi mübarizə aparmaq düzgün deyil. Deputat qeyd edib ki, informasiya məkanını başqalarının öhdəsinə buraxmamalıyıq.